ABŞ-dan Türkiyəyə yeni təhdid

Baxış sayı:
2323

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Bailey Hatçinson Vaşinqtonun Moskva ilə Ankara arasında S-400 raket əleyhinə müdafiə sistemlərinin təhvili mövzusundakı anlaşmadan narahat olduğunu, bu müqavilənin ABŞ-ın Türkiyəyə Amerika istehsalı sistemlərin tədarükünə mane olacağını bildirib.
 
Hutchison, “Rusiya raket müdafiə sistemlərinin hər hansı bir müttəfiqimizə satışı ilə bağlı çox narahatıq. Türkiyə bu müqavilədən imtina etməyə çağırırıq, çünki bu vəziyyət bizim oraya yerləşdirəcək müdafiə sistemlərinin Türkiyəyə tədarük edilməsinə imkan yaratmayacaq" deyə söyləyib.
ABŞ-lı səlahiyyətli Rus istehsalı S-400 raket əleyhinə müdafiə sistemlərinin ABŞ və müttəfiqlərinin müdafiə sistemləri ilə hər bir halda uyğun olmayacağını vurğulayıb.
Hatçinson sözlərinə belə davam edib:
“Bu çox narahat edicidir. Bütün müttəfiqlər bu barədə əndişəlidir və hamımız Türkiyənin doğru qərar verəcəyinə ümid edirik".
Müxalifət.az