ABŞ-dan Türkiyəyə yeni təhdid! Bunu istəmirik

Baxış sayı:
286

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi satın alma planları səbəbiylə ABŞ-ın F-35-in Türk tədarükçülərindən başqa, Türk müdafiə şirkətlərinə də sanksiya tətbiq edə biləcəyi bildirilib.
 
ABŞ-ın Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi satın almasına qarşı planladığı maliyyə sanksiyalarını genişlədəcəyi qeyd edilib. Bu iddiaya görə, ola biləcək sanksiyalar yalnız F-35 detallarını istehsal edən Türk firmaları deyil, digər müdafiə sənaye qurumlarını da əhatə edəcək.
ABŞ Ordusunun silah satın alma üzrə məsul şəxsi Allen Lord bazar ertəsi günü etdiyi açıqlamada, Türkiyəni əhəmiyyətli bir NATO müttəfiqi olaraq gördüklərini vurğulayıb, ancaq Rusiyadan havadan müdafiə sistemi aldığı təqdirdə tətbiq olunacaq sanksiyaların F-35 döyüş təyyarəsi üçün kritik detallar tədarük edən Türk firmalarla yanaşı, ABŞ müdafiə sənayesi üçün istehsal edən şirkətlərə də tətbiq olunacağını bəyan edib.
Allen Lord Parisdə keçirilən Air Show da etdiyi açıqlamada, "S-400 və F-35 mövzusunun bütün müdafiə və ticari sənayemizə olan təsirlərini ayrı-ayrı araşdırdıq. Müdafiə sənayendə F-35-lərin xaricində ABŞ-ın Rəqibləriylə Sanksiyalar Yoluyla Mübarizə Etmə Qanunu (CAATSA) əhatəsinə girə biləcək bütün ünsürləri nəzərdən keçirdik" deyib.
Türkiyə ilə müttəfiqlik əlaqəsini davam etdirmək istədiklərini vurğulayan Lord, hələ hər hansı bir qərar alınmadığını, ancaq ola biləcək bir sanksiya qərarının Türk sənayesinə sərt bir şəkildə təsir edəcəyini ifadə edib.
Allen Lord "Həqiqətən etmək istədiyimiz bu deyil" deyib.
 
937 DETALI TÜRKİYƏ ÇIXARIR
 
Qeyd edək ki, Türk müdafiə sənaye firmaları ABŞ istehsalı F-35 döyüş təyyarələrinin 937 detalını istehsal edir.
Türkiyə və ABŞ 100 ədəd F-35 alışı üçün 9 milyard dollarlıq bir razılaşmaya varmış idi.
Pentaqon gələn ilin əvvəlində Türkiyənin istehsaldakı payını ABŞ və ya başqa bir ölkəyə transfer etməyi planlayır.
 
 
TÜRKİYƏ GERİ ADDIM ATMIR
 
ABŞ və NATO Türkiyənin Rusiyadan havadan müdafiə sistemi satın almasına təhlükəsizlik baxımndan qarşı çıxır.
Ankara isə NATO-nun Türkiyənin hava sahəsinin yalnız 30 faizini qoruya bildiyini vurğulayaraq birlik tərəfindən təmin edilməyən havadan müdafiəsini başqa qaynaqlardan həllinə gedilməsini 'milli məsələ' olaraq gördüyünü ifadə edir.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə NATO müttəfiqləri arasında böhrana səbəb olan Rus müdafiə sistemi S-400-lərin iyul ayının ilk yarısında Türkiyəyə təslim ediləcəyini bəyan etmişdi.
Müxalifət.az