ABŞ-dan Türkiyəyə yeni təhdid! - Ard-arda açıqlamalar

Baxış sayı:
7738

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus "S-400 müdafiə sistemlərinin alışının ABŞ və NATO-nun Türkiyə ilə olan müdafiə əlaqəsi baxımından ciddi nəticələri olacağını söylədik", - deyə açıqlama verib.
 
Mövzuyla əlaqədar narahatlıqlarını qeyd etdiklərini və qeyd etməyə də davam edəcəklərini söyləyən Ortagus, "Ancaq satın alma tamamlansa, olduqca gerçək və olduqca mənfi nəticələər olacaq", - deyə təhdid edib.
ABŞ Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvətlər Yüksək Komandanlığının (SECEUR) komandiri general Tod D. Wolters Ankaranın S-400 raketdən müdafiə sistemlərini alma meylində olmasına baxmayaraq ABŞ-ın Türkiyəylə müttəfiqlik əlaqələrini qorumaq istədiyini söyləyib: "Müşavirələrə davam edirik, həll axtarırıq. ABŞ fikirini ortaya qoydu və müttəfiqlik əlaqələrinin davam etdirilməsi üçün işə davam edəcək".

Müxalifət.az