ABŞ-dan Türkiyəyə “Venesuela” təhdidi

Baxış sayı:
9505

 ABŞ Venesueladan diplomatik heyətini çəkməyə hazırlaşarkən Türkiyənin Maduro rejiminə dəstəyi mövzusunda ABŞ Xarici İşlər Nazirliyindən açıqlama verilib. ABŞ-ın Venesuela xüsusi nümayəndəsi Elliott Abrams "Türkiyənin Maduroya verdiyi dəstək ABŞ-ın siyasətinə tərsdir" deyib.
 
Elliott Abramsa Türkiyənin Maduro rejiminə verdiyi dəstək, iki ölkə arasında qızıl ticarəti soruşulub.
Abrams "Türkiyənin Maduroya verdiyi dəstək Amerikanın siyasətinə tərsdir və bu siyasət yardımçı olmur. Türkiyənin bu dəstəyi vermək üsullarına ABŞ Maliyyə Nazirliyi sanksiyalar kontekstində baxmağı davam etdirəcəyik" deyə söyləyib.
Qeyd edək ki, Amerikalı üst səviyyə bir səlahiyyətli ötən ay verdiyi açıqlamada, Türkiyə və Venesuela arasındakı ticarəti araşdırdıqlarını və Amerikanın sanksiyalarının pozulması müəyyən edildiyi təqdirdə hərəkət edəcəyi mesajını vermişdi.
ABŞ-ın Venesuela xüsusi nümayəndəsi Abrams ötən həftə Venesuela səbəbilə ikinci sanksiyaların tətbiq olunmasının bir variant olduğunu, ancaq hələ o mərhələyə gəlinmədiyini söyləmişdi.
Müxalifət.az