ABŞ-dan Türkiyəyə “Venesuela” hədəsi

Baxış sayı:
4972

Reutersə açıqlama verən yüksək vəzifəli bir Amerikalı səlahiyyətli, "ABŞ NATO müttəfiqi Türkiyə ilə Venesuela arasındakı ticarəti izləyir və hər hansı bir sanksiyaların pozulduğuna qərar verərsə, hərəkətə keçəcək". sözləri ilə təhdid edib.
 
 ABŞ Venesuelanın qızıl satışlarını dayandırmaq üçün 3 ay əvvəl yeni sanksiyalar tətbiq edib. 2018-də Türkiyəyə Venesueladan 20 tondan artıq qızıl idxal edilib.
ABŞ-ın terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə xəzinə nazirinin müavini Marşal Billingsleanın cümə günü Ankarada Türk rəsmiləri ilə keçirəcəyi görüşdə, Türkiyə ilə İran arasında qaz ticarəti məsələsi ilə yanaşı, Venesuela sanksiyalarının da müzakirə ediləcəyi bildirilib.
 
Türkiyə Vaşinqtonu xəyal qırıqlığına uğratdı
 
 ABŞ-lı yüksək səlahiyyətli prezident Rəcəb Tayyib Ərdoğanın Nikola Maduroya verdiyi dəstəyin Vaşinqton rəhbərliyini çox məyus etdiyini açıqlayıb.
Səlahiyyətli "Venesuela məsələsində Türk və digər hökumətlərlə keçirdiyimiz danışıqlarda Maduro rejiminin legitimliyini qəbul etmədiyimizi bildirdik. Həmçinin bu məsələdə bizə qoşulmalarını istədik, amma bu günə qədər Türkiyədən müsbət cavab gəlmədi" deyə söyləyib.
Müxalifət.az