ABŞ-dan Türkiyəyə təklif! BİRLİKDƏ İSTEHSAL EDƏK

Baxış sayı:
6142

ABŞ rəhbərliyi, “Patriot” hava müdafiə sisteminin Türkiyəyə satışına dair birgə istehsal və birgə inkişaf etdirmə üsullarını ehtiva edən bir "niyyət protokolu" layihəsini Ankaraya təqdim edib
 
Türkiyəni Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemi almaqdan imtina etməyə çalışan ABŞ rəhbərliyinin Ankaraya sürpriz bir təklif təqdim etdiyi ortaya çıxıb. ABŞ Xarici İşlər Nazirliyi Siyasi və Hərbi Əlaqələrdən məsul müavini Tina Kaidanow, ötən həftə Ankaraya səfər edib. Kaidanow, "Cazibədar bir təklif verdim" açıqlaması etmiş, lakin detal verməmişdi. ABŞ-ın təklifi haqda ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi məlumat verib:
 
YENİ TƏKLİF PAKETİ
 
“Kaidanow, Patriot hava müdafiə sisteminin Türkiyəyə satışına dair "yenilənmiş qiymət" təklifi ilə yanaşı, ABŞ rəhbərliyinin hava və raket müdafiə sistemi məsələsində birgə istehsal vəinkişaf etdirmə üsullarını da ehtiva edən bir "niyyət niyyət protokolu" layihəsi təqdim edib.
Müxalifət.az