​ABŞ-dan Türkiyəyə TƏHDİD: Əgər keşiş qaytarılmasa...

Baxış sayı:
2035

Keşiş Endryu Branson sərbəst buraxılmasa, Konqres Türkiyəyə qarşı nə lazımdırsa, onu da etməlidir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri FETÖ-yə yaxınlığı ilə seçilən ABŞ-dan olan senator Ceyms Lankford deyib.
Daha əvvəl də Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsini istəyən senator Bransonun məhkəməyə çıxarıldığı gün Ankaranın əleyhinə daha bir çağırış edib.
 “Bu gün keçirilən məhkəmə iki ölkə arasındakı münasibətlərin mənfiyə getdiyinin sübutudur. Əgər Branson sərbəst buraxılmasa, ABŞ Konqresi lazım olan tədbirləri görməyə hazır olsun”, - senator deyib.
Qeyd edək ki, Tramp da bu gün yazdığı tvitdə Bransonun casus olmadığını və onun evinə qayıtmasının vacibliyini bildirmişdi.