ABŞ-dan Türkiyəyə S-400 və F-35 təzyiqi: Ard-arda iki açıqlama!

Baxış sayı:
24946

NATO Avropa Müttəfiq Qüvvələrinin (SACEUR) Ali Komandanı, ordu generalı Micheal Scaparrotti ABŞ Müdafiə Nazirliyinin “Pentaqonun” Türkiyənin S-400 hava müdafiə sistemini aldığı təqdirdə F-35 satışının ləğv edilməsini təklif edəcəyini bildirib.
 
 Scaparrotti, "Bir əsgər olaraq ən yaxşı tövsiyəm F-35 müqaviləsini yerinə yetirməmək olar" - deyib.
NATO komandiri F-35-in bir müttəfiqin Rus hava müdafiə sistemini istifadə etdiyi şəraitdə uçmaması lazım olduğunu söyləyib.
 
ABŞ XİN-dən də AÇIQLAMA GƏLDİ
 
 ABŞ Xarici İşlər Nazirliyindən Türkiyənin Rusiyadan S-400 hava və raketdən müdafiə sistemləri satın almasına dair bir açıqlama verilib.
Açıqlamada, ABŞ-ın Türkiyəni S-400-lərin satın alındığı təqdirdə F-35 proqramında iştirakını yenidən qiymətləndirilməsi ilə nəticələnəcəyi barədə dəqiq bir şəkildə məlumatlandırdığı vurğulanıb.
Müxalifət.az