ABŞ-dan Türkiyəyə qarşı üsyan çağırışı: “Küçələrə çıxın”!

Baxış sayı:
8227

ABŞ-ın qara qutularından sayılan keçmiş Pentaqon rəsmisi və FETÖ-nun 15 iyul dövlət çevrilişi cəhdindən təxminən 4 ay əvvəl yazdığı bir məqaləylə Türkiyədə çevriliş ola biləcəyini deyən Maykl Rubin, Türkiyədəki 31 mart seçki mübahisələrini fürsət bilib, üsyan çağırışı edib.
 
31 mart seçkilərindən sonra etiraz prosesi davam edərkən FETÖ havadarlarının təxribat çağırışları intensivləşib.
FETÖ-ya verdiyi dəstəklə tanınan Maykl Rubin “Gəzinti” təxribat hadisələrini xatırladaraq seçkidən sonra vətəndaşlara küçəyə çıxmaq çağırışı edib.
Rubin sosial media hesabından etdiyi paylaşmada, "2009-cu ildə Ahmedinejad seçkinin nəticələrini oğurlamağa çalışanda İranlılar küçələrə çıxaraq etiraz etdilər. İran xalqı görəsən Türklərdən daha çox demokratiyaya qiymət verir? “Gəzinti” etirazları birlərinin planlarını pozmuşdu"! deyə Türk insanını hakimiyyətə qarşı üsyana təhrik edib.
Müxalifət.az