ABŞ-dan Türkiyəyə qarşı həmlə - İqtisadiyyat hədəfdə

ABŞ tərəfindən saxta sənədlərlə Türkiyə iqtisadiyyatına qarşı böyük əməliyyat həyata keçirilir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Cəmil Ərtəm jurnalistlərə açıqlamasında deyib.
“Saxta FETÖ sənədləri ilə iqtisadiyyatımıza, bank sistemimizə qarşı böyük həmlələr edilir. Yayılan əsassız xəbərlərlə valyuta bazarlarında çaşqınlıq və həyəcan yaradılır. Siyasi olaraq Misirdə etdiklərini, Türkiyədə Ərdoğana edə bilməyənlər iqtisadiyyatda da məqsədlərinə çata bilməyəcəklər”, - Ərtəm bildirib.