ABŞ-dan Türkiyəyə qarşı BÖYÜK TƏLƏ: Suriyaya girən təyyarələr...

Baxış sayı:
16411

Pentaqon Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyata maneələr yaratmağa çalışır. Bu barədə müdafiə siyasəti üzrə ekspert Turan Oğuz Pentaqon sözçüsü Karla Qlesonun “Türkiyə Suriyadakı Hava Əməliyyatları Əmrindən çıxarıldığı üçün bölgədə koordinasiyasız uçması mümkün deyil” sözlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Pentaqonun bu açıqlamasında 4 fərqli amil var: “1. Hava Əməliyyatları Əmrindən çıxarılması; 2. Kəşfiyyat məlumatlarının əldə edilməsinin dayandırılması; 3. Hava sahəsinin bağlanılması; 4. Koordinasiyalı uçuş. İlk olaraq, Hava Əməliyyatları Əmrində təyyarələrin hansı saatda, harada və hansı istiqamət üzrə uçmasına dair məlumatlar yer alır. Bunu verməyəcəklər. Bilirik ki, koalisiya təyyarələri də bu bögədə uçur. Yəni biz bunları öyrənə bilməyəcəyik. İkincisi olaraq, “koordinasiya olmadan uçmaq mümkünsüzdür” açıqlaması var. Bu, Türkiyənin işini çətinləşdirəcək. Təyyarələrimiz havada başqa təyyarənin olub-olmadığını bilmədən uçacaq. ABŞ əslində bununla Türkiyənin işini çətinləşdirməyə çalışır. Koordinasiyanın olmaması qəza ehtimalını artırır. Lakin bu qəzanın mütləq olacağı demək deyil. Misal üçün, dünən SİHA-larımız Tel Abyad və Ayn İsa arasında uçaraq qayıtdılar. Bu, koordinasiya olmadan da uçmağın mümkün olduğunu göstərir. Pilotlarımız diqqətli olmalıdırlar. Lakin hava sahəsinin bağlanması mümkün deyil”.//publika