ABŞ-dan Türkiyəyə “Patriot”-la bağlı yeni təklif

Baxış sayı:
10348

ABŞ “Patriot” satışı ilə bağlı Türkiyəyə yeni təklif edib. Yeni təklif təxminən 20 gün əvvəl Türkiyəyə təqdim olunub. Yeni təklif əvvəlki təklifə nisbətdə daha rasional olub. Hazırda yeni təklif üzərində texniki işlər davam edir. Qiymət məsələsindəki ucuzlaşma və təhvil verilmə tarixi mövzusunda da zamanın önə çəkildiyi bildirilir. Bundan başqa, Türkiyə Konqresin razılığı və bənzəri səbəblərlə layihələrin ləngidilməsinə də qarşı çıxır. Texnologiya transferini də qəti qəbul etməyən Amerika ilə bazarlıqlar bir müddət daha davam edəcək. Bu istiqamətdə də yekun qərar nöqtəsində prezident Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilməsi gözlənilən üz-üzə görüşün həlledici olacağı qiymətləndirilir.
Müxalifət.az