ABŞ-dan Türkiyəyə növbəti TƏHDİD: Əməliyyat davam etdirilərsə...

Baxış sayı:
4342

Suriyada əməliyyatın davam etdirilməsi ABŞ tərəfindən Türkiyəyə qarşı genişmiqyaslı sanksiyaları tətbiqinə gətirib çıxaracaq.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens “Fox News” telekanalına müsahibəsində bildirib.
Vitse-prezidenti qeyd edib ki, Vaşinqton döyüş hərəkətlərinin dayandırılmasını alqışlayır və atəşin tam dayandırılmasına ümid edir.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı.
Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib.