ABŞ-dan Türkiyəyə kritik səfər

Baxış sayı:
6958

 ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri sabah Türkiyəyə gələcək. Cefrinin sabah Ankaraya gəlməsi, çərşənbə günü də xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti və hərbi rəsmilərlə görüşü planlaşdırılır.
 
Görüşlərdə, ABŞ-ın Suriyadan çəkilmə prosesi və Münbiç yol xəritəsinin həyata keçirilməsi məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.
Ankara və Vaşinqton arasındakı danışıqlar çərçivəsində son olaraq ABŞ-ın Suriyadan çəkilmə prosesini koordinasiya etmək məqsədilə yaradılan “xidmət gücü” 28 fevral-1 martda Ankarada toplaşmışdı.
İclasda ABŞ-ın Fəratın şərqindəki ərazilərlə qərbindəki Münbiç rayonundan əsgərlərini çəkmək planları müzakirə olunmuş, qurulacaq təhlükəsiz bölgənin detalları və terror təşkilatı YPG/PKK-ya verilən silahların necə geri alınacağı da qiymətləndirilmişdi.
Müxalifət.az