ABŞ-dan Türkiyəyə kritik səfər

Baxış sayı:
6739

Əsəd rejimi və müttəfiqlərinin, Suriyada müxaliflərin əlində qalan son böyük şəhər olan İdlibə qarşı əməliyyat hazırlıqları artarkən, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin danışıqlar aparmaq üçün Ankaraya gələcəyi bildirilib.
 
Cefri, İsrail və İordaniyadan sonra səfər edəcəyi Ankarada yüksək səviyyəli görüşlər keçirəcək. ABŞ Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Cefrinin İdlibə ehtimal olunan hücumun təzyiqi qaldıracağına və vətəndaşların həyatını təhlükəyə atacağına diqqət çəkəcəyi bildirilib.
Qeyd edək ki, ABŞ-ın keçmiş Ankaradakı səfiri olan Ceyms Cefri, 17 avqustda Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsinə gətirilib.
Müxalifət.az