ABŞ-dan Türkiyəyə hədə: SANKSİYA TƏTBİQ OLUNA BİLƏR

Baxış sayı:
4705

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxış edən  xarici işlər nazirinin köməkçisi Wess Mitçel, Türkiyə və Rusiya arasında Suriya böhranı ilə əlaqəli olaraq bağlanan hərbi müqavilələrdən narahat olduqlarını bildirib.
 
İngiltərə və Fransa ilə birlikdə Suriyaya raket hücumu təşkil edən ABŞ-dan Suriyada sülh əldə etmək üçün diplomatik çalışmalar aparan Türkiyə və Rusiyanın əməkdaşlığı haqqında bir açıqlama gəlib.
ABŞ xarici işlər nazirinin köməkçisi Wess Mitçel, Türkiyə və Rusiya arasında Suriya böhranı ilə əlaqəli olaraq keçirilən hərbi anlaşmalardan narahat olduqlarını açıqlayıb. Nazirlik, Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri satın almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq edəcəyini bildirib.
Mitçel, "Ankara, Suriyada taktiki hədəflərə çatmaq naminə Moskvaya strateji güzəştlər edilməsinin risklərini xatırlamalıdır. Türkiyə ABŞ-la olan yaxın əlaqələrə baxmayaraq Rusiya və İranla əməkdaşlığını artırıb. Türkiyənin Qərblə strateji və siyasi birliyini qoruması, ABŞ-ın milli maraqlarına uyğun olar" deyə, bildirib.
Müxalifət.az