ABŞ-dan Türkiyəyə danışıqlar masasında şantaj

Baxış sayı:
733

Türkiyənin xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərliyi ilə Vaşinqtona gedən nümayəndə heyəti, ABŞ Xarici İşlər Nazirliyində təxminən 50 dəqiqə, Xəzinə Nazirliyində isə 1,5 saat davam edən danışıqlar aparıb. Diplomatik yollardan həll əvəzinə böhranı daha da gərginləşdirmək yolunu seçən ABŞ-ın mövqeyi səbəbindən görüşlərdən nəticə almayan Türk nümayəndə heyəti dünən Ankaraya qayıdıb. Danışıqlar nəticəsində, keşiş Brunsonu bəhanə edən ABŞ-ın əsl dərdinin Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğu ortaya çıxıb. Danışıqlarda ABŞ, Brunsonun vəziyyətini danışarkən Türkiyənin FETÖ ilə mübarizəsini müzakirə edib. Brunsonun dərhal sərbəst buraxılmasını istəyən ABŞ, Türk nümayəndə heyətinin qarşısına yalnız Brunson deyil, 15 iyul FETÖ çevriliş təşəbbüsü çərçivəsində həbs olunan digər ABŞ və Türk vətəndaşları olub. ABŞ-ın Türkiyədəki diplomatik missiyalarında çalışan FETÖ-çu terrorçuların təxliyəsi tələbini də qoyub. ÇEVRİLİŞÇİLƏRƏ SAHİB ÇIXDILAR Keşiş Brunsonla yanaşı, Türkiyədə dövlət çevriliş cəhdndən sonra həbs olunan NASA əməkdaşı Sərxan Kölgə ilə FETÖ məhbusları olan ABŞ-ın Türkiyədəki nümayəndəliklərində çalışan Həmzə Uluçay və Mətin Topuzun təxliyə olunması da tələb edilib. Məqsədləri böhranı dərinləşdirmək Türkiyə ilə ABŞ arasında diplomatik kanallarda gedən bu danışıqlar, Vaşinqton rəhbərliyinin son yaşanan gərginliklə bağlı əsl məqsədini də ortaya qoyub. ABŞ-ın, Brunson deyə, bir dərdi yoxdur. Keşiş Brunson üzərindən, ABŞ-FETÖ əlaqələrinin ortaya çıxarılmasını əngəlləməyə çalışır. ABŞ, iki ölkə arasındakı problemlərə ortaq bir həll tapmaq əvəzinə Amerika-FETÖ münasibətlərini göz önünə sərən Brunson və digər FETÖ məhbuslarını müzakirə aparmaq yolu ilə böhranı daha da dərinləşdirmək yolunu seçib. Yaradılan mexanizmlər üzərindən FETÖ başçılarının Türkiyəyə qaytarılması üçün təqdim olunan hüquqi dəlilləri icraata qoymaq istəməyən ABŞ, bu yolla Türkiyənin FETÖ-çuların qaytarılması istiqamətindəki tələbinə kölgə salmaq istəyir. Türkiyənin Halkbank meneceri Hakan Atilla məsələsindəki tələbləri qarşısında da Amerika, bu kozırını İrana qarşı sanksiya təzyiqini artıracaq bir amil kimi vermək istəmir. ABŞ, böhran diplomatiyası ilə açıq şəkildə Türkiyəni Suriya, Rusiya və İran ilə bağlı məsələlərdə sıxışdırmaq istəyir. Türkiyənin Rusiyadan S-400 raketi satın almasına qarşı F-35 sanksiyasına hazırlaşan Amerika, Suriyada Türkiyənin Rusiya və İran ilə tərəfdaşlığı və PKK/PYD mövzusundakı israrından da narahatlıq duyur. Amerika, İran sanksiyalarına uymayacağını deyən Türkiyəni çökdürmək istəyir. Müxalifət.az