​ABŞ-dan Türkiyə və Rusiyaya çağırış: Ən qısa zamanda...

Baxış sayı:
2848

ABŞ Dövlət Katibliyi Suriya, Rusiya və Türkiyəyə humanitar yardım təşkilatlarının Afrinə girişini təmin etməsi üçün çağırış edib.
Muxalifet.az xəbər verir ki, ABŞ tərəfi son 2 gündür Afrində baş verənlərdən dolayı narahat olduğunu bəyan edib.
"ABŞ Türkiyə, Rusiya və Suriya rəhbərliyi daxil olmaqla, Suriyanın şimal-qərbində yerləşən bütün fəal qüvvələrə təcili humanitar yardım göstərən beynəlxalq humanitar yardım təşkilatlarının şəhərə girmələrinə imkan verməyə və insanların mümkün olan ən qısa zamanda Afrindəki evlərinə qayıdış proqramının həyata keçirilməsi üçün yardım etməyə çağırır", - bəyanatda qeyd edilir.