ABŞ-dan Türkiyə sanksiyası ilə bağlı yeni açıqlama!

Baxış sayı:
2770

ABŞ-ın vitse-prezidenti Mayk Pens, sanksiya təhdidi ilə bağlı olaraq, “Sanksiyalar Brunson sərbəst qalana qədər davam edəcək” deyib.
 
Sanksiya təhdidi ilə bağlı ilk açıqlamanı Ağ Ev sözçüsü Sarah Sanders etmişdi.
Sanders, ABŞ-lı keşiş-casus Endryu Brunsonın 2016-daki həbs olunmasında rol oynadıqları və bu səbəblə də ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylu haqqında sanksiya qərarı aldıqlarını söyləmişdi.
 
VİTSE PREZİDENT PENS DƏ DANIŞDI
 
ABŞ-ın vitse-prezidenti Mayk Pens də, sanksiya qərarı ilə əlaqədar olaraq, sanksiyaların Brunson azadlığa çıxana qədər davam edəcəyini bildirib. Xatırladaq ki, vitse prezident Pens Evanqelist təriqətinin təmsilçisi kimi daha çox İsrailin maraqlarına xidmət edir ki, bu da Türkiyə ilə münasibətlərə zaman-zaman gərginlik gətirir.
Müxalifət.az