ABŞ-dan Türkiyə ilə BÖHRAN ÇIXARACAQ ADDIM

Baxış sayı:
6397

ABŞ prezidenti Donald Tramp "Biz tezliklə Suriyadan çəkiləcəyik" desə də, Pentaqon və Ağ Ev Suriyaya 2 min əlavə qoşun göndərməyə hazırlaşır.
 
ABŞ prezidenti Donald Tramp çox yaxın günlərdə Amerika əsgərlərinin Siruyada çıxarılacağını bəyan etsə də, CNN bunun əksini göstərən başqa bir iddia ortaya qoyub. CNN-in ABŞ ordusunun qaynaqlarına əsaslanan xəbərində, Müdafiə Nazirliyi və Ağ Ev rəhbərliyinin Suriyaya əlavə qoşun göndərməsini müzakirə etdiyini qeyd edib.
 
BU GÜN TOPLANIB QƏRAR VERƏCƏKLƏR
 
Xəbərdə bu gün toplanacaq olan Milli Təhlükəsizlik Şurası İŞİD terror təşkilatını məğlub etmə planını və Suriyaya əlavə 2000 əsgər göndərilməsini müzakirə edəcək. Trampun Suriyadan şəkilmə açıqlamasının yeni qoşun göndərmək planına necə təsir edəcəyi hələlik bilinmir. CNN-ə danışan mənbələr, planın Suriyada ABŞ qoşunlarının qorunmasına yönəldildiyini söyləyib.
ABŞ mətbuatı bundan əvvəlki şərhlərdə, Trampın “Tezliklə Suriyadan çəkiləcəyik” açıqlamasının Pentaqonda təəccüb doğurduğunu qeyd etmişdi. Maraqlıdır ki, Trampin açıqlaması, Münbicdəki ABŞ cəbhəsində anti İŞİD koalisiya qüvvələrinə qarşı minalı hücumdan bir gün sonra verilmişdi. Hücumda bir ABŞ və bir İngilis əsgərinin öldüyü, bu kontekstdə bir tanınmış İŞİD üzvünün də ələ keçirildiyi bildirlmişdi.
 
TRAMP NƏ DEMİŞDİ?
 
Ohayo ştatında tərəfadarları ilə keçirilən mitinqdə Trump, "Suriyadan tezliklə geri çəkiləcəyik, bir az da başqaları məşğul olsunlar" deyə, bildirmişdi və açıqlamadan sonra ABŞ Xarici İşlər Nazirliyi bu açıqlama ilə əlaqəli bir məlumatlarının olmadığını bildirmişdi.
Müxalifət.az