ABŞ-dan Türkiyə ilə bağlı skandal addım

ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib.
Muxalifet.az xəbər verir ki, 5 nəfərlik nümayəndə heyəti iki ölkə arasında yaşanan viza gərginliyi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a səfər etməli idi.
Qeyd edək ki, ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində həbs edilməsi iki ölkə arasında ciddi gərginliyə səbəb olub.
Tərəflər qarşılıqlı olaraq viza verilməsi prosesini dayandırıblar.