​ABŞ-dan Türkiyə haqda vacib açıqlama — SON DƏQİQƏ

“ABŞ ilə Türkiyə əməkdaşlığını daha da sıx etməlidir. Çünki ABŞ və Türkiyə razılaşmasının imzalanmasından bu günə qədər Egey dənizində həyati təhlükəli proseslərdə nəzərəçarpacaq bir azalma olub”.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili işlər, miqrasiya və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopoulos jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, suriyalı qaçqınlar bu günə qədər Türkiyədə üç milyard avro dəyərində yardım paketlərindən faydalanıblar.
“Türkiyədə təhlükə altında olan bir milyondan çox qaçqın üçün hər ay elektron şəkildə pul köçürmələri həyata keçirilir. Türkiyədə təxminən yarım milyon suriyalı qaçqın uşaqları üçün bir neçə təlim layihəsi hazırlıq mərhələsindədir”, - deyə Dimitris Avramopoulos bildirib.
D.Avramopoulos əlavə edib ki, həm Yunan adalarında, həm də Türkiyədə olan suriyalı qaçqınların vəziyyətinin yaxşılaşdırılması üçün planlar həyata keçirilir. Onun sözlərinə görə, indiyə qədər 1969 qaçqın Türkiyəyə, 11354 suriyalı isə ABŞ-a göndərilib: “Suriyalı qaçqınların Türkiyəyə səmərəli geri qaytarma prosesini təmin etmək lazımdır. Bu səbəbdən də, ABŞ ilə Türkiyə razılaşmasında daha çox səy göstərməli və lazımlı miqdarda ehtiyat hazırlamalıyıq”.