ABŞ-dan Türkiyə düşmənçiliyi: PKK-ya İHA təhsili verir

Baxış sayı:
10321

Şimali İraqda PKK-ya yönəlik Pəncə Hərəkatı ABŞ-ı hərəkətə keçirib. PKK-ya son 4 ildə 23 mindən çox TIR və yüzlərlə təyyarə dolu silah və sursat göndərən ABŞ, ən son 9 iyunda içində pilotsuz İHA-ların da olduğu 27 TIR-lıq hərbi təhcizat daşıyıb. Suriyanın şimalında Hasəkə-Ayn İsa bölgəsində xüsusi sahə təsis edilən PKK-lı terrorçulara ABŞ-lı mütəxəssislər tərəfindən İHA təhsili verilir.
 
ABŞ-ın terror təşkilatı PKK-ya silah və sursat dəstəyi davam edir. ABŞ Ramazan bayramında da Hasəkə-Şeddadi xəttindən terrorçulara iki ayrı hərbi daşıma reallaşdırıb. PKK-ya son hərbi daşıma isə 9 iyun gecəsi edilib. İraqdan yüklənən 27 TIR-lıq konvoyda silah və sursatla yanaşı, portativ körpü, peyk təqib və xəbərləşmə sistemləri ilə insansız hava vasitələri (İHA) da yer alıb. Haseke-Ayn İsa bölgəsində xüsusi sahə təsis edilən PKK-lı terrorçulara ABŞ-lı mütəxəssislər tərəfindən İHA təhsili verilir.
 
O İHA-lar HAKURKDA
 
“Yeni Şəfəq” qəzetinə məlumat verən qaynaqlar Suriya və İraq daxilində terrorçuların əlində 100-dən çox fərqli xüsusiyyətdə İHA olduğunu, son bir neçə həftədə terror təşkilatına 40-dan çox İHA verildiyini bildirib. Qaynaqlar 12 mütəxəssis heyətin də təhsil məqsədiylə bölgəyə gəldiyini ifadə edib. PKK-ya göndərilən İHA-ların çoxunun Aynel Ərəb, Ayn İsa, Tel Abyat və Resulayn sərhəd bölgələrinə göndərildiyi, bir qisiminin də Türk Silahlı Qüvvələrinin (TSQ) hərəkat başlatdığı Hakurk bölgəsinə nəql edildiyi öyrənilib. Kandilin Şimali İraqda yaşadığı itkiləri yüngülləşdirmək və TSQ hərəkətliliyini izləmək üçün ABŞ-dan İHA tələb etdiyi bildirilib.

Müxalifət.az