ABŞ-dan Türkiyə açıqlaması: “Olduqca əndişəliyik”

Baxış sayı:
7402

NATO-da ABŞ-ın daimi nümayəndəsi Kay Bailey Hutchison Vaşinqtonda NATO xarici işlər nazirləri yığıncağında çıxış edib. Türkiyənin Rusiyanın S-400 raketdən müdafi sistemlərindən vaz keçmədiyi təqdirdə NATO-dan çıxarılıb çıkarılmayacağı mövzusunda verilən suala cavab verən Hutchison, ABŞ-ın və NATO-nun mövzu haqqında narahatlıqları olduğunu ifadə edərək Türkiyənin Rusiyadan silah almasının uyğun olmayacağını bildirib.
 
Hutchison, "ABŞ Türkiyənin bizim F-35-lərimizə bənzər Rusiyanın S-400 sistemlərini alması mövzusunda olduqca narahatdır. Çünki məlumat, əlaqə ötürülməsi ilə bağlı xəttə kəsilmə ola bilər" deyib.
 
"Türkiyə çox əhəmiyyətli bir müttəfiqdir"
 
Türkiyənin NATO üçün əhəmiyyətli bir müttəfiq olduğunu vurğulayan nümayəndə, "Türkiyə çox əhəmiyyətli bir müttəfiqdir. Onlar müttəfiq ölkələrdəndir. Onlar həmçinin NATO vəzifələrində ağır bir yükü boynuna götürür. Onlar da Əfqanıstandakı ölkələrdəndir, bütün vəzifələrimizi yerinə yetirməkdə iştirak edirlər, NATO-nun başlanğıcından bəri vardırlar. Bu səbəblə Türkiyənin ittifaqda qalmasını istəyirik. Biz onlardan ölkələrinin ortasında NATO ilə birlikdə əməliyyat görə biləcək, Rus raketdən müdafiə sistemlərinə sahib olmamalarını istəyirik" deyə bildirib.
Müxalifət.az