ABŞ-dan təhdid kimi çağırış: Qaşıqçı sağ olaraq dönənə qədər..

Baxış sayı:
3685

ABŞ-ın Kentucky senatoru Rand Pol, "The, Atlantik" də dərc olunan məqaləsində, Camal Qaşıqçı sağ qayıdana qədər Səudiyyə Ərəbistanı ordusuna qarşı bütün maliyyə, təlim və koordinasiyanın kəsilməsi istiqamətində tədbir alınması üçün bu həftə təşəbbüs göstərəcəyini ifadə edib.
 
İllərlə ABŞ-ın Səudiyyə Ərəbistanına verdiyi dəstəyi pislədiyini bildirən Pol, məqaləsində, Suriyadakı terror təşkilatı İŞİD-ə çox sayda Səudiyyə Ərəbistanı vətəndaşının qoşulduğuna diqqəti çəkib.
 
Heç bir müqavilə haqlı çıxarmaz
 
Amerika, nəyə görə, terrora dəstək verən, Yəməndə amansız bir müharibə aparan bir ölkəyə silah satır" deyən Pol, yazısını belə davam etdirib:
Dedikleri kimi, pulun arxasınca get. Ancaq heç bir neft işi və ya silah müqaviləsi, belə bir rejim ilə olan anlaşmamızı haqlı çıxarmaz. Amerikanın kəşfiyyat, lojistika, təlim və təhcizatı olmadan, Səudiyyə Ərəbistanının səyləri çoxdan uğursuz olardı".
ABŞ-dan Səudiyyə Ərəbistanına silah satışının dayandırılması üçün qanun təklif etdiyini xatırladan Pol, Konqresdəki həmkarlarının “Yəmənlilər ABŞ istehsalı olan silahlarla qətlə yetirilməsinə məhəl qoymur” kimi görünməsindən duyduğu kədəri ifadə edib.
Müxalifət.az