ABŞ-dan terrorçu YPG/PKK-ya növbəti dəstək

Baxış sayı:
3487

 ABŞ qüvvələri, Münbiçdəki işğalını davam etdirmək üçün rayon mərkəzi ətrafında təxminən 30 kilometr uzunluğunda xəndək qazan YPG/PKK-ya yeni ağır texnikalar göndərib.
 
Münbiçdəki yerli mənbələrdən alınan məlumata görə, İraqın şimalından Suriyanın şimal-şərqinə hərbi və lojistik daşımaları davam edən ABŞ ordusu, rayondakı YPG/PKK ünsürlərinə də növbəti dəstək göndərib.
ABŞ-ın sövq etdiyi yeni daşımalarda rayona 4 ədəd ağır texnikalar gətirilərək YPG/PKK-ya verilib. Bununla da ABŞ, terrorçulara Türkiyəyə daha yaxşı müqavimət göstərə bilmələri üçün yeraltı və yerüstü xəndəklərin qazılmasına şərait yaratdığını ortaya qoyub.
3 ədəd buldozer və bir ədəd ekskvatordan ibarət ağır texnikaların daşınması ABŞ hərbçilərinin qoruması və müşayiəti ilə həyata keçirilib.
Qeyd edək ki, terror təşkilatı YPG/PKK, mövcud bulldozer və ekskvatorları xəndək-səngər qazma və yeraltı keçidlərin inşasında istifadə edir.
Müxalifət.az