​ABŞ-dan “Taliban”a dəstək — “Biz danışıqlara ümid edirik”

ABŞ Əfqanistanda sülhün bərqərar olmasını istəyir.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Elis Uels jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bunun üçün ölkədəki qarşıdurmalara son qoyulmalıdır.
“ABŞ ümid edir ki, Əfqanıstan hökuməti “Taliban” radikal hərəkatının üzvlərilə bir razılaşmaya gələ bilər. Onlar bir masa arxasında danışıqlar aparmalıdırlar. Hələlik buna ümid var”, - deyə Elis Uels bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson bir qədər əvvəl Əfqanıstan hökumətinin terrorçularla danışıqlara getməsində köməklik edəcəyini bildirmişdi.