​ABŞ-dan taktiki Suriya gedişi - Rusiyalı ekspert açıqladı

Baxış sayı:
22225

Menbiçdə baş verən hücum ABŞ-ın Suriyanın şimalında “buferzona” yaratmaq istəyi ilə bağlı ola bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Stanislav Tarasov deyib.
“Menbiçdəki terror olayı ABŞ-ın Suriyadan çıxma qərarına təsir göstərmək məqsədilə həyata keçirilə bilər. ABŞ bununla taktiki manevr edir. Ordunun bir qismini Suriyadan İraqa, kürdlərin sıx şəkildə yaşadığı ərazilərə göndərir. İraqdan gələn son xəbərlər İŞİD-in bu ölkədə daha passiv fazaya keçdiyini göstərir. Amma görünür ki, Menbiçdə hələ də amerikalılara qarşı müqavimət var”.
Qeyd edək ki, dünən Menbiçdə baş verən partlayışda 2 amerikalı hərbçi ölmüşdü.