ABŞ-dan Suriyaya yeni silahlar gətirildi: Vaşinqtondan “Suriyadan çıxmayacağam” mesajı

Baxış sayı:
14116

Suriyada terror təşkilatı YPG/PKK –nın işğalında olan əraziyə zirehli maşın, iş texnikaları, generator kimi materiallar daşıyan 150 civarında TIR daxil olub. Bununla da ABŞ regiondan çəkilməyə biləcəyi siqnallarını verib. ABŞ-ın dünən 21.30 radələrində İraq-Suriya sərhədindəki Simelka Gömrük Məntəqəsindən 150 TIR dolu silah və digər təhcizat YPG/PKK tərəfindən işğal edilən torpaqlara giriş edib. TIR-lar bu gün günorta saatlarında ABŞ ordusunun YPG/PKKY ilə istifadə etdikləri Xarab İşıq və Sırrındakı anbarlara çatıb.
 
BÖYÜK GENERATORLAR GƏTİRİLDİ
 
Anadolu Agentliyinin TIR-ların axşam saatlarındakı keçidi zamanı qeyd etdiyi görüntülərdə TIR-ların olduqca böyük generatorlarla yüklü olduğu görünür.
Generator nəqli ABŞ-ın Suriyanın şimalındakı bazalarda artan enerji ehtiyacını ödəmək istədiyi və ya enerji mənbəyinə ehtiyac duyulacaq yeni bazaların yaradılması üçün hazırlıq gördüyü ehtimalını ortaya qoyub.
TIR-lara yüklü zirehlilər ABŞ-ın SDG adını istifadə edən YPG/PKK-lılara verdiyi və Yüksək Hərəkət Qabiliyyətli Çox Məqsədli Vasitə kimi tanınan “Humwee” texnikalarından ibarətdir.
ABŞ əsgərləri isə bunların daha inkişaf etmiş və böyük növü olan “Hummer”-ləri istifadə edir.
Bölgədəki mənbələr ABŞ-ın çəkilmə qərarından bu yana İraq tərəfindən Suriyada YPG/PKK işğalındakı sahəyə təxminən 400 TIR göndərdiyini aşkar edib.
Keçən il ABŞ bu daşımaları gecə saatlarında və yüklərin üstü çatırlarla örtülü vəziyyətdə həyata keçirirdi.
Dünən axşam isə İraqın şimalından Suriyaya girən TIR-lar üzərindəki hərbi texnikaları və materialları gizlətmədən daşımanı həyata keçirirdilər.
 
TÜRK NÜMAYƏNDƏ HEYƏTİ ABŞ-da İKƏN OLMASI DİQQƏT ÇƏKDİ
 
 Bundan başqa, bu daşımanın Türk nümayəndə heyətinin təhlükəsiz bölgə, Münbiç və digər ikitərəfli məsələləri müzakirə etmək üçün ABŞ-da olduğu və yenə İŞİD-la mübarizə qlobal koalisiya iclasından dərhal əvvələ təsadüf etməsi də diqqəti çəkib.
 
ABŞ-dan "SURİYADAN ÇƏKİLƏCƏYİK" AÇIQLAMASI
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 19 və 20 dekabrda yazdığı açıqlamada, Suriyada olmalarının yeganə səbəbi olan İŞİD-la mübarizəni başa vurduqlarını elan etmişdi. Amerikan güclərinin evə qayıtmaq vaxtının gəldiyini vurğulayan Tramp, sonrakı günlərdə ABŞ təhlükəsizlik bürokratiyasının təlqinləri nəticəsində "yavaş və etibarlı çəkilmə" mesajı vermişdi. Tramp təhlükəsiz bölgə fikrini ortaya atarkən, ABŞ rəsmiləri Türkiyədən YPG/PKK-ya qarşı əməliyyat etməyəcəyi barədə təminat istəmişdi. Türkiyə terrorçuların qorunması tələbinə qarşı çıxmış, təhlükəsiz bölgə fikrini isə dəstəkləmişdi.
Müxalifət.az