ABŞ-dan Suriyadan çəkilməmək üçün yeni bəhanə

Baxış sayı:
4426

ABŞ Suriyadan çəkilmə məsələsində ziddiyyətli açıqlamalarına davam edir. CENTCOM Komandanı Cozef Votel, "Suriyadan müəyyən bir tarixdə çəkilməyimiz istiqamətində bir təzyiq yoxdur" deyib.
 
Suriyadan müəyyən bir tarixdə çəkilmə məsələsində üzərində bir təzyiq olmadığını ifadə edən Votel, “İŞİD məğlub olduqdan sonra çəkilmə təbii ki, bizim hədəfimizdir və bu üzdən bu bizim əsas diqqət yetirdiyimiz şeydir. Qüvvələrimizin qorunduğuna əmin olmalıyıq. Qüvvələrimiz üçün risk yarada biləcək bir yolla çəkilə bilmərik" deyə çəkilməmək üçün bəhanə yeri qoyub.
Müxalifət.az