ABŞ-dan Suriyada "Təhlükəsiz bölgə" açıqlaması

Baxış sayı:
5161

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə ilə Suriyada təhlükəsiz bölgə üzərində çalışdıqlarını ifadə edərək, "Türkiyə ilə üzərində çalışdığımız şey Türkiyə sərhədi boyunca müəyyən bir məsafədə YPG-nin olmadığı təhlükəsiz bir bölgəni qurmaqdır" deyib.
 
ABŞ Xarici İşlər Nazirliyində jurnalistlərin suallarını cavablayan Cefri ölkəsinin Suriyadakı hədəfinin İŞİD-ı birdəfəlik məğlub etmək olduğunu ifadə edərək, "Bu gün buna çox yaxınıq, ancaq hələ də İŞİD özəklərinin olduğunu və İŞİD-ın bəzi insanların ağıllarında varlığını davam etdirdiyini bilirik" deyə bildirib.
Cefri ABŞ-ın Suriyadakı hərbi varlığına toxunaraq, "Olduqca məhdud sayda qüvvələrimiz bu mərhələdə müəyyən olunmamış bir müddət ərzində təmizlik və İŞİD-a qarşı sabitlik əməliyyatlarını davam etdirmək üzrə (Suriyada) şimal-şərqdə və El Tanif-də qalacaqlar" deyə söyləyib.
ABŞ-ın Suriyadan çəkilmə müddətinə bağlı sualları cavablayan Cefri, "Silahlı Qüvvələrin çəkilməsi başladı. Qüvvə sayı orada qalacaq yekun rəqəmə doğru enir" deyib.
 
YPG-nin olmadığı təhlükəsiz bölgə
 
ABŞ-ın bölgədəki tərəfdaşları ilə işə davam edəcəyini dilə gətirən Cefri, Türkiyə sərhədində qurulacaq təhlükəsiz bölgə ilə bağlı detalları da açıqlayıb.
Cefri bununla bağlı bu sözləri deyib:
"Türkiyə ilə üzərində çalışdığımız şey Türkiyə sərhədi boyunca müəyyən bir məsafədə YPG-nin olmadığı təhlükəsiz bir bölgəni qurmaqdır, çünki Türkiyə YPG və onun PKK ilə olan bağları mövzusunda olduqca narahatdır, bunu anlayırıq, ancaq eyni zamanda aralarında kürdlərin də olduğu SDG ortaklarımıza qarşı pis rəftar edilməsini də istəmirik. Hər kəsin ehtiyacının ödənməsini istəyirik".

Müxalifət.az