ABŞ-DAN SURİYA HƏMLƏSİ - Amerikanın nümayəndəsi Türkiyəyə gəlir

Baxış sayı:
6931

Muxalifet.az xəbər verir ki, Suriya hökumətinin və müttəfiqlərinin müxalifətçilərin əlində qalmış axırıncı böyük şəhər olan İdlibə qarşı əməliyyata hazırlıqları artdığı bir dövrdə, ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin danışıq aparmaq üçün Ankaraya gələcəyi bəlli olub.

Ceyms Cefri Türkiyəyə Yaxın Şərq səfəri çərçivəsində, İsrail və İordaniyadan sonra Ankaraya səfər edəcək. ABŞ XİN idarəsinin açıqlamasında, Ceffrinin İdlibdə hücum baş verəcəyi təqdirdə vəziyyətin daha da gərginləşəcəyi, dinc vətəndaşların həyatının təhlükəyə düşəcəyi bildirilir.

ABŞ-ın Ankaradakı keçmiş səfiri olan Ceyms Cefri avqustun 17-də Suriyanın xüsusi nümayəndəsi vəzifəsinə gətirilmişdi.