ABŞ-dan SURİYA AÇIQLAMASI: YERİMİZİ YERLİ QÜVVƏLƏRƏ BURAXIRIQ

Baxış sayı:
4918

ABŞ-ın Ağ Ev sözçüsü Sarah Sanders, ölkəsinin Suriyadan çıxarılması prosesilə bağlı, “Məqsədimiz İŞİD-i bitirmək idi. Bu məqsədi həyata keçirmək yolunda çox ciddi irəliləyiş əldə etdik. Beləliklə, artıq orada əsgərlərimizin olmasına ehtiyac yoxdur. İndi məqsəd yerli qüvvələrə keçid prosesi olacaq” deyib.
 
Sözçü Sanders, Ağ Evdəki mətbuat brifinqində, Suriyadakı son proseslərə və ABŞ-ın bu ölkədən çıxma planına dair dəyərləndirmə edib.
Sanders, ABŞ prezidenti Donald Trampın Suriyadakı prioritetinin İŞİD-i məhv etmək olduğunu hər zaman dilə gətirdiyini bildirərək, “Suriyada olma məqsədimiz İŞİD-i bitirmək idi. Bu məqsədi həyata keçirmək yolunda çox ciddi irəliləyiş qeyd etdik. Beləliklə, artıq orada əsgərlərimizin olmasına ehtiyac yoxdur. İndi məqsəd, yerli qüvvələrə keçid prosesi olacaq" deyə, bildirib.
 
YERLİ QÜVVƏLƏRƏ KEÇİD.
 
Sözlərinə, "Prezidentin liderliyində İŞİD-ın elan etdiyi xilafətin tamamilə aradan qaldırılması məsələsində ciddi məsafə qət edilib. Bu məsələdə regiondakı müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyə davam edəcəyik. Ancaq hazırda yerli qüvvələrə keçid prosesinə yönəlmək istəyirik" deyə, davam edən Sanders, açıqlamasında hər hansı bir ölkə və ya təşkilat adı çəkməyib.
ABŞ-ın Suriyadan çəkilməsinə dair bir təqvimin Trampın ictimaiyyətə elan etməsinin doğru olmayacağını vurğulayan Sanders, bu prosesin öz axarı içində davam etdiyini və zamanı gəldikcə açıqlamaların olacağını deyib.
 
TRAMP İLƏ PENTAQON HƏLƏ də GÖRÜŞÜR
 
Sanders bu geri çəkilmə prosesilə bağlı ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) səlahiyyətli olacağına işarə edərək, bu məsələnin Tramp ilə Pentaqon arasında görüşmələrin davam etdiyini, müvafiq ölkələrin də bu prosesin bir parçası olmasını gözlədiklərini söyləyib.
ABŞ-ın İŞİD-ə qarşı əldə etdiyi uğur nəticəsində Suriyadakı vəziyyətin yavaş-yavaş dəyişdiyinə və yeni vəziyyətə görə qərar çıxaracaqlarına diqqəti çəkən Sanders, ad vermədən "bölgədəki yerli tərəfdaşlarla" və "region ölkələri" ilə işləməyə davam edəcəklərini vurğulayıb.
Sanders, İŞİD kimi bir təhdid qarşısında region ölkələrinin zərər gördüyünü dilə gətirərək, "Buna görə də prezident Tramp, region ölkələrinin önə çıxıb, daha çox iş görməsini istəyir" deyə, söyləyib.
Digər tərəfdən Amerikan mediasında yer alan və adının açıqlanmasını istəməyən bəzi Ağ Ev rəsmilərinə əsaslandırılan xəbərlərdə, "ABŞ-ın bir müddət Suriyada qalmasına, ancaq bu müddətin sonunda ölkədən çəkilməsinə" qərar verildiyi bildirilmişdi.
Müxalifət.az