ABŞ-dan Səudiyyə məsələsində “gah nala, gah da mıxa vurma” siyasəti

Baxış sayı:
3529

ABŞ-ın dövlət katibi Mayk Pompeo, ölkəsinin Səudiyyə Ərəbistanı ilə strateji münasibətlərini davam etdirəcəyini söyləyib.
 
Nazir Pompeo, hökumətə yaxınlığı ilə tanınan Fox News kanalında İstanbuldakı Səudiyyə Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçıçı ilə əlaqədar açıqlamalar verib.
"Bu cinayətə görə, məsuliyyət daşıyanları məsul tutacağıq və ABŞ-ın Səudiyyə Ərəbistanı ilə strateji əlaqələrini qoruyacağıq" deyən Pompeo, nazirliyin cinayətlə əlaqədar işlərini davam etdirdiyini söyləyib.
Pompeo, Qaşıqçının ölümüylə əlaqəli 16 adamın vizalarının ləğv edildiyini və İranın genişlənmə siyasətlərinə qarşı ABŞ-Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına sanksiya tətbiq edə biləcəyini bəyan edərkən, digər tərəfdən isə ikitərəfli əlaqələri pozmaq istəmədiyini ifadə etmişdi.
Müxalifət.az