ABŞ-dan S.Ərəbistana sanksiya

Baxış sayı:
10381

 ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Camal Qaşıqçı cinayətində rolları olduğu səbəbilə hadisədən 6 ay sonra 16 Səudiyyə vətəndaşının ABŞ-a girişinin qadağan olunduğunu bildirib.
 
Buna görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın keçmiş baş müşaviri Səud el-Kahtani ilə yanaşı, Mahir Mutreb, Salah Tubaigy, Meshal el-Bostani, Naif al-Arifi, Məhəmməd el-Zahrani, Mənsur əbu Hüseyn, Xalid el-Uteybi, Abdulaziz el-Hawsawi, Vəlid əl-Şehri, Thaar əl-Hərbi, Fahad el-Balawi, Badr el-Uteybi, Mustafa əl-Medeni, Saif el-Kahtani və Turku əl-Şehri adlı Səudiyyə vətəndaşları sanksiya siyahısına salınmış oldu.
Açıqlamada, ABŞ xarici işlər nazirinə, yetərli və etibarlı mənbəyə malik olduqda "ağır insan haqları pozuntuları" və "korrupsiya" əsaslarına söykənərək xarici hökumət rəsmilərinə ABŞ-a giriş qadağası gətirmə mandatının verildiyi qeyd edilib.
 Müxalifət.az