ABŞ-dan sonra İsrail də YUNESKO-dan ayrılır

İsrail Baş naziri Benyamin Netanyahu ölkənin BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Agentliyindən (YUNESKO) ayrılması ilə bağlı hazırlıqların başladılması üçün təlimat verib.

Muxalifet.az xəbər verir ki, bu barədə İsrailin Başnazirlik Administrasiyası məlumat yayıb.
“Netanyahu ABŞ-ın YUNESKO-dan ayrılması ilə bağlı Trampın verdiyi qərarı məmnuniyyətlə qarşıladı. Bu səbəbdən baş nazir İsrailin də ABŞ-la birgə qurumdan ayrılması üçün Xarici İşlər Nazirliyinə təlimat verdi”, - bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ-ın təşkilatdan çıxmağına səbəb kimi maliyyə vasitələrinə qənaət və YUNESKO-da antiisrail qətnamələrinin qəbuluna etiraz məsələlərini göstəriləcəyi qeyd edilmişdi