​ABŞ-dan Somali açıqlaması: Çox narahatıq

Somalidə 300-dən çox dinc sakinin ölümü ilə nəticələnən terror hücumundan dolayı çox narahatıq.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
“Somalidə getdikcə daha da pisləşən təhlükəsizlik durumundan xeyli narahatıq. Afrika Birliyi Somali missiyasına (AMİSOM) xeyli dəstək olduq və dəstəyimiz davam edəcək”, - deyə diplomat bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Somalinin paytaxtı Moqadişuda minalanmış avtomobillərin partladılması nəticəsində 300-dən çox insan həlak olmuşdu.