​ABŞ-dan şok: Türk nazirlərə sanksiya tətbiq edildi - YENİLƏNDİ

Baxış sayı:
3886

ABŞ Türkiyənin Ədliyyə və Daxili İşlər nazirlərinə sanksiya tətbiq edib.
Muxalifet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders məlumat verib.
Sanksiyalara səbəb kimi amerikalı rahib Endryu Bransonun həbsi göstərilib.
Belə ki, sözügedən nazirlərin ABŞ-la əlaqələri məhdudlaşdırılır. Onların bir sıra ölkələrə, o cümlədən ABŞ-a girişi qadağan edilir. Həmçinin nazirlərin ABŞ-da hər hansı mülkləri varsa, onlar da hökumət tərəfindən müsadirə edilir.