​ABŞ-dan ŞOK QƏRAR: Türkiyə sərhədinə 30 minlik ordu yeridilir

Baxış sayı:
2710

ABŞ Suriyanın Türkiyə ilə sərhədinə YPG terrorçularından ibarət ordu yerləşdirəcəyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin “Xəbərlər” qəzeti informasiya yayıb.
Məlumata görə, İŞİD-ə qarşı qurulan koalisiyanın rəsmilərindən biri “Suriya Türkiyə sərhədinə milislərdən ibarət 30 minlik ordu yerləşdirəcəyik”, - deyib.
Ordunun məhz YPG-dən təşkil olunacağı bildirilir.
Qeyd edək ki, PKK terror qruplaşmasının liderlərindən olan Siyabənd Vəlad bir müddət əvvəl ABŞ-ın Türkiyə sərhədi boyunca 100 min nəfərdən ibarət ordu yaratmaqla bağlı təlimat verdiyini açıqlamışdı.