ABŞ-dan ŞOK ETİRAF: "Türklərə borcluyuq, çünki YPG-ni silahlandırdıq və..."

Baxış sayı:
7552

“YPG PKK-nın siyasi qoludur. PKK ilə əlaqəsi var. Sübutlar açıq və dəqiqdir. Müttəfiqimiz Türkiyə ilə yaratdığımız problemi həll etməliyik”.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu sözləri Amerikalı senator Lindsi Qrem deyib.
Senator bildirib ki, münasibətləri inkişaf etdirmək üçün şanslar var:
“Bizimlə birlikdə İŞİD-ə qarşı mübarizə aparanlara borcluyuq. Səhvlərimizi düzəltmək üçün fürsətlərimiz və vaxtımız azalır. İŞİD hələ də dağlardadır. Trampa Obama kimi səhvlər etməməsi üçün xəbərdarlıq etmişəm. Obama YPG-nı silahlandıraraq Türkiyə üçün kabusa çevirdi. ABŞ əsgərləri bu dəqiqə geri çəkilsə, Suriyada böyük müharibə başlayar. Təhlükəsiz bölgə Türkiyənin təhlükəsizliyi üçün qurulacaq”.