ABŞ-dan “sirli” PKK-İŞİD anlaşması İLƏ BAĞLI AÇIQLAMA
Pentaqon, PKK/PYD-nin Rakkanı tərk etmələri üçün İŞİD ilə gizli anlaşma xəbərlərinə münasibət bildirərkən, bu razılaşmanın bir hissəsi olmadıqları, ancaq buna hörmət etdiklərini bildirib.
Pentaqonun sözçüsü Erik Pahon, terror təşkilatları arasındakı müqaviləni "yerli bir problemin, yerli bir həlli" olaraq xarakterizə edib.
Pahon, Rakkada mülki insanların sayının çoxluğundan dolayı ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın hava hücumu təşkil etməkdə çətinlik çəkdiyini, bu səbəbdən də Suriyada SDG adı altında gizlənən PKK/PYD-nin, İŞİD ilə sözügedən razılaşmanı əldə etdiyini deyib.
Anlaşmanın tamamilə vətəndaşları qoruma məqsədli olduğunu iddia edən Pahon, ardınca da"Tərəfdaşlarımızla hər zaman tam razı olmasaq da, amma onların öz problemlərini həll etməsinə hörmətlə yanaşırıq" deyə, söyləyib.
Sözügedən anlaşmanın PKK/PYD-nin qurduğu Rakka Mülki Şurası ilə Ərəb qəbilə liderləri tərəfindən əldə edildiyini deyən Pahon, müqavilənin dinc əhaliyə və İŞİD döyüşçülərinin ailələrinə Rakkadan çıxmaları üçün icazə verdiyini, digər tərəfdən dəİŞİD ilə əməkdaşlıq edən Suriyalıların yenidən cəmiyyətə qazandırmaq fürsəti olduğunu bildirib.
Pahon, şəhərdən ayrılan bütün vətəndaşların yoxlamadan keçirildiyini, aralarında xarici döyüşçülərin olduğu İŞİD-çilərin isə həbs olunduğunu ifadə edib.
Müxalifət.az