ABŞ-dan şaşırdan Türkiyə açıqlaması: SÖZÜMÜZÜ TUTACAĞIQ

Baxış sayı:
4381

Yüksək səviyyəli bir Amerikalı səlahiyyətli, ABŞ-ın Türkiyəyə, terror təşkilatı YPG-nin Suriyanın Menbiç şəhərindən çıxarılması təəhhüdünə dair "Menbiçdəki YPG varlığına dair sözlərimizi yerinə yetirməyə qərarlıyıq. Məqsədimiz orada YPG-nin olmamasıdır"  deyə, bildirib.
 
Türkiyə ilə ABŞ arasında nəticə yönümlü ortaq mexanizmin davam edən bir proses olduğunu qeyd edən səlahiyyətli, Afrin əməliyyatına dair Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını dərk etdiklərini xatırladaraq, "Afrində Türk qüvvələri mülki itkiləri məhdudlaşdırmaq üçün hər cür səy göstərir, bundan əminik" deyib.
 
SÖZLƏRİMİZİ YERİNƏ YETİRMƏYƏ QƏRARLIYIQ
 
Amerikalı səlahiyyətli, Türkiyə ilə Suriya sərhədi arasında 30 kilometr təhlükəsiz zona yaradılması məsələsində isə "Bölgənin neçə kilometr olacağı kimi müəyyən ssenarilər haqqında danışmaq hələlik faydalı olmaz. Xalqın təhlükəsizliyini təmin etmək Türkiyənin qanuni haqqıdır" deyib. Səlahiyyətli, YPG-nin bəzi təhcizatları ABŞ-a geri qaytarması qərarında bir dəyişiklik olmadığını söyləyərək, "YPG ilə əməkdaşlıq müvəqqətidir. İŞİD məğlubiyyətə uğradıqdan sonra YPG ilə hərbi, PYD ilə də siyasi münasibətimizi davam etdirmək planımız yoxdur. Müttəfiqimiz Türkiyədir. Menbiçdəki YPG varlığına dair sözlərimizi yerinə yetirməyə qərarlıyıq" deyib.
Müxalifət.az