ABŞ-dan sanksiya qərarı: iranlı generallar terrorçular siyahısına daxil edildi

Baxış sayı:
1063

ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Oman 9 nəfəri terrorçular siyahısına daxil edib.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda Taliban terror qrupu ilə əlaqədə ittiham edilən 6 nəfər, həmçinin  İran İslam İnqilabı Keşikçiləri Korpusu, iranlı generallar Qasım Süleymani, Həmid Abdullahi və Əbdürrza Şehlayi də var.
 
Qeyd edək ki, Qasım Süleymani İran İslam İnqilabı Keşikçiləri Korpusunun İraq, Suriya və bəzi ərəb ölkələrində fəaliyyət göstərən "əl-Qüds" qoşununa başçılıq edir.