ABŞ-dan S-400-lərə Pavlov refleksi

Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov Vaşinqtonun Səudiyyə Ərəbistanına THAAD raketdən müdafiə sistemləri satmaq qərarına münasibət bildirib.
 
A.Puşkov Tvitterdə qısa olaraq bunları yazıb: “Dövlət Departamenti Ər-Riyada 15 milyard dollara raketdən müdafiə sistemi satmağa dərhal razılıq verdi. Bizim S-400-lərdən qorxdular. Xüsusən onları Türkiyəyə satmağımızdan sonra. Refleks – Pavlovun itilərində olduğu kimi”.
Qeyd edək ki, ABŞ-ın Səudiyyə Ərəbistanına sözügedən sistemləri satmasına dair informasiya Rusiyanın Ər-Riyada S-400 kompleksi satmasının mümkünlüyünə dair açıqlanan məlumatın fonunda yayılıb.
Ər-Riyadın ABŞ-dan almaq istədiyi 44 ədəd THAAD qurğusunun ümumi dəyəri 15 milyard dollar dəyərindədir.
Xatırladaq ki, rus alimi İvan Pavlov (1849-1936) itlər üzərində apardığı şərti refleks təcrübəsi ilə məşhurdur. Əvvəlcə itə bir neçə dəfə zəng çalınır. Lakin it reaksiya vermir. Sonra ət verilir, itin ağzının suyu axır. Sonra ətlə birlikdə zəng çalınır. Daha sonra ət verilmədiyi halda zəng çalındıqda itin yenə də ağızının suyunun axdığı görünür. Şərti refleks deyilən hadisə də budur. Pavlov bu davranışın psixoloji fəaliyyətlə eyni olan yüksək səviyyədə sinir fəaliyyətinin əlamətlərindən biri olduğunu sübut edir və psixologiya sahəsində etibarlı tək yanaşmanın təcrübi üsul olduğunu vurğulayır. Alim bu sahədəki fəaliyyətinə görə 1904-cü ildə fiziologiya və tibb üzrə Nobel mükafatını qazanıb./teleqraf.com