ABŞ-dan S-400-lə bağlı QALMAQAL SANKSİYA

 Türkiyənin Rusiyadan alacağı S-400 raketdən müdafiə sisteminə qarşı çıxan ABŞ və NATO prosesə əngəl olmaq üçün addımlar atır.
 
Son günlər NATO-nun S-400-ün alışı ilə bağlı olaraq Türkiyəyə yönəltdiyi açıq təhdidlərlə dolu "qərarda müstəqildirlər, amma nəticələrinə də qatlanacaqlar" mesajından sonra ABŞ, S-400-lər üçün Rusiya ilə aparılacaq ödəmə sistemini bağlamışdı. Bir sözlə ABŞ bununla demək istəyir ki, Türkiyəyə "S- 400-ləri almaq istəyərsənsə, ABŞ dollarından istifadə edə, Amerikanın bank və ya pul transfer sisteminə daxil ola, ABŞ ilə iş aparan təşkilatlardan vasitəçi olaraq istifadə edə bilməzsənl".
 Rusiya hökumətinə qarşı yeni sanksiyalar siyahısı hazırlayan Trampın siyahısında Türkiyənin S-400 hava müdafiə sistemlərini satın almağı planlaşdırdığı “Rosoboroneksport” şirkəti də var.
Konqresə təqdim olunan siyahıda 33 Rus müdafiə sənayesi şirkəti var. Bunların arasında Suxoy, Tupolev, Miq, Kalaşnikov, İşmaş və Rosoboroneksport yer alır.
 
 HƏM TÜRKİYƏYƏ, HƏM DƏ RUSİYAYA ƏNGƏLDİR
 
 ABŞ-ın bu həmləsi həm Türkiyənin S-400-lərin alışını, həmdə son dövrdə Rusiya müdafiə sənayesinə artan diqqətə görə, Rusiyanın dünyaya silah satışını əngəlləmək cəhdi kimi şərh olunur
Müxalifət.az