ABŞ-dan Rusiyaya YENİ SANKSİYA QƏRARI

Baxış sayı:
5662

ABŞ, Rusiya ilə əlaqəli 24 nəfər və 14 təşkilata sanksiya qərarı tətbiq edib. Rusiyanın dövlət hərbi ixracat şirkəti Rosoboronexport da sanksiya siyahısında yer alıb.
 
ABŞ Maliyyə Nazirliyindən edilən yazılı açıqlamada, “Xarici Varlıqlar Nəzarət Ofisi (OFAC) tərəfindən sanksiya siyahısına əlavə olunan Ruslar və şirkətləri ictimaiyyətin diqqətinə çatdırılıb” deyə, bildirilib.
7 Rus oliqarx və bu adamların nəzarətindəki cəmi 12 şirkət, Rusiyaya yeni sanksiyalar kontekstində qara siyahıya alınıb. Sözügedən şəxslərin Rusiyanın aparıcı zəngin şəxsləri arasında yer aldığı qeyd edilib.
Siyahıya alınan oliqarxların adlarının Vladimir Boqdanov, Oleq Deripaska, Suleiman Kərimov, İqor Rotenberg, Kirill Shamalov, Andrei Skoch və Viktor Vekselberg olduğu açıqlanıb.
 “OFAC”-ın sanksiya siyahısına əlavə etdiyi yüksək səviyyəli Rus hökumət rəsmiləri arasında isə daxili işlər naziri Vladimir Kolokoltsev, Gazprombankın İdarə Heyətinin sədri Andrey Akimov, Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktoru (RISS) Mixail Fradkov, Gazprombankın İcra Heyətinin üzvü Sergey Fursenko, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushev, Rusiya Dumasının üzvü Vladislav Reznik və Rusiya prezidenti Vladimir Putinin müşavirlərindən Yevgeniy Shkolov kimi şəxslər yer alıb.
Müxalifət.az