​ABŞ-dan Rusiyaya XƏBƏRDARLIQ

Baxış sayı:
7177

Rusiyanın Suriyaya S-300 raketləri verməsi böyük xəta olar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ağ Evin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
O bildirib ki, Moskva bu addımı atarsa regionda vəziyyət daha da gərginləşər:
“Rusiya rəhbərliyi bu qərara yenidən nəzər yetirməlidir. Mayk Pompeo və Sergey Lavrov BMT-nin iclasında bununla bağlı danışıqlar aparacaq”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov 2 həftə ərzində Suriyaya modern S-300 sistemlərinin veriləcəyini açıqlamışdı.