ABŞ-dan Rusiyaya “Venesuela” təhdidi!

Baxış sayı:
8029

 ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Rus əsgərlərinin Venesueladakı varlığına cavab verməyə hazır olduqlarını bildirib.
 
Pompeo NATO xarici işlər nazirləri görüşündən keçirilən mətbuat konfransında, görüşdə Rus əsgərlərin Venesueladakı varlığını da gündəmə gətirdiklərini və Rus əsgərlərin Venesueladan ayrılması lazım olduğunu təkrar etdiklərini söyləyib.
Pompeo, "Biz bunu Rusiyanın dünya miqyasında digər səyləri kontekstində danışdıq. Ukrayna, Suriya və Venesueladakı pis niyyətli fəaliyyətini, Azov dənizində etdiklərini müzakirə etdik. Hər hadisədə kollektiv cavab vermək üçün əlimizdən gələn hər şeyi edirik. Venesuela üçün ABŞ və veriləcək cavabı hazırdır" deyib.
Daha öncə İspaniyanın xarici işlər naziri Josep Borrell Vaşinqtonda NATO xarici işlər nazirləri toplantısında ABŞ-ın Rus əsgərlərinin Venesueladakı varlığını gündəmə gətirmək istədiyini bildirmiş, ancaq Venesuelanın NATO-nun problemi olmadığını vurğulayaraq "Venesuelanı müzakirə etmədik " - demişdi. Bununla da ABŞ rəhbərliyinin riyakar siyasəti üzə çıxmışdı.
Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Venesuelaya təmin etdiyi hərbi təchizatın və bunlara texniki qulluğu təmin edən heyətin qanuni əsaslarla orada olduğunu açıqlamışdı.
Müxalifət.az