ABŞ-dan Rusiyaya təhdid: “Məhv edəcəyik!”

Baxış sayı:
2692

Rusiya qanadlı raket sisteminin inkişafını dayandırmayacağı halda, ABŞ onları məhv edəcək.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın NATO-dakı daimi təmsilçisi Key Beyli Hatçinson bildirib.
Onun sözlərinə görə, bu sistemin inkişaf etdirilməsi “soyuq müharibə” dövründə Moskva ilə Vaşinqton arasında əldə olunan razılaşmaya ziddir. Moskvanın dəfələrlə bu müqaviləni pozmadığını söyləməsinə baxmayaraq, Key Beyli Hatçinson hesab edir ki, sözügedən sistem Avropaya sürətli nüvə hücumunun təşkilinə kömək edə bilər.