ABŞ-dan Rusiyaya müharibə xəbərdarlığı: "Biz hazırıq"

Baxış sayı:
8542

“Rusiyanın Venesueladakı hərbi varlığına cavab verməyə hazırıq”.
Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
Rusiya ilə Amerika arasında yeni bir gərginliyə yol açan Venesuela böhranı ilə bağlı danışan dövlət katibi bildirib ki, NATO xarici işlər nazirlərinin görüşündə rus əsgərlərinin Venesueladan çıxarılmasının zəruri olduğu müzakirə edilib.
“Biz bunu Rusiyanın dünya miqyasındakı cəhdləri kontekstində müzakirə etdik. Ukrayna, Suriya və Venesueladakı pis niyyətli fəaliyyətini, Azov dənizindəki etdiklərini danışdıq. Hər hadisədə kollektiv bir cavab vermək üçün əlimizdən gələni edirik. Venesuela üçün ABŞ və veriləcək cavab hazırdır”, - Pompeo bildirib.
Qeyd edək ki, daha əvvəl İspaniyanın xarici işlər naziri Yosef Borrel Vaşinqtonda keçirilən NATO xarici işlər nazirləri toplantısında ABŞ-ın rus əsgərlərinin Venesuelada olması məsələsini gündəmə gətirmək istədiyini bildirmiş, ancaq Venesuela məsələsinin NATO-nun problem olmadığını vurğulayaraq “Venesueladan danışmadıq” demişdi./Publika.az